Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərdi

Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərdi
30.01.2026 13:06 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti beynəlxalq arenada müsbət qiymətləndirilməkdə davam edir.

TodayPress TV xəbər verir ki, qurumun qlobal qiymətləndirmə sisteminə verdiyi töhfələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir.

Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) sədri Nick Talbot AQC-nin sədri Vüqar Oruca rəsmi məktub ünvanlayıb. Məktubda AQC-nin IVSC-yə göstərdiyi davamlı dəstəyə, beynəlxalq qiymətləndirmə standartlarının təşviqi və peşəkar qiymətləndirmə mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkür ifadə olunub.

IVSC sədri qeyd edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı qlobal miqyasda qiymətləndirmələrin keyfiyyətinin, ardıcıllığının və etibarlılığının artırılmasında mühüm rol oynayır. Bildirilib ki, AQC-nin beynəlxalq proseslərdə aktiv mövqeyi qiymətləndirmə sahəsində vahid yanaşmaların formalaşmasına və qabaqcıl təcrübələrin tətbiqinə şərait yaradır.

Məktubda IVSC ilə AQC arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə toxunulub. Birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təşəbbüslərdə qarşılıqlı iştirak və peşəkar bilik mübadiləsinin genişləndirilməsi imkanlarının müzakirəyə açıq olduğu bildirilib. IVSC rəhbərliyi AQC-nin fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdakı dövrdə qurumlar arasında sıx və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümid ifadə edib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq standartların tətbiqi, qiymətləndirici mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi və qiymətləndirmə sahəsində institusional inkişafın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu fəaliyyətlər AQC-nin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və ölkənin qiymətləndirmə sektorunun qlobal sistemə inteqrasiyasına mühüm töhfə verir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər