Minatəmizləmə üzrə peşə hazırlığı kursu başa çatdı

Minatəmizləmə üzrə peşə hazırlığı kursu başa çatdı
19.07.2025 03:44 Cəmiyyət

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında faydalı əməkdaşlıq çərçivəsində birgə təşkil olunmuş növbəti peşə hazırlığı kursu başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Nəzəri və praktiki təlimlərin əsas məqsədi cəlb edilmiş müdavimlərə humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqların öyrədilməsidir.

Həmin təlimlərlə birgə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində müdavimlərə “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” mövzusu üzrə hazırlıq kursları da təşkil edilib. Kursa 48 müdavim cəlb edilib və onlarla texniki standartlar və təhlükəsizlik, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması, texniki təhlükəsizlik qaydaları kimi biliklər paylaşılıb.

Bununla da ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurslara cəlb edilən müdavimlərin sayı 195-ə çatıb.

Qeyd edək ki, həmin kursları keçənlər işğaldan azad olunmuş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətində iştirak edir, ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər