Kirayə mənzil fonduna daha 188 mənzil əlavə olundu

Cəmiyyət

08.12.2025 15:27

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

TodayPress TV Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

Yeni mənzillər seçim üçün dekabrın 15-i saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 495 kirayə müqaviləsi bağlanıb.

TodayPress TV

tag: Fond,Kirayə,Mənzil,Əlavə,Todaypress.tv,