Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı

Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı
13.08.2026 15:06 Cəmiyyət

Birbank kredit kartı istifadəçisi Alim Elyar İslamoğlunun ödənişlərin borclara silinməsi və faiz hesablanması ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, karta yatırdığı vəsaitlə etdiyi xərcləri müqayisə edərkən uyğunsuzluq aşkarlayıb və bununla bağlı Kapital Banka müraciət edib.


Alim bildirib ki, bank əməkdaşı ödənişlərin müəyyən “silinmə ardıcıllığı” əsasında həyata keçirildiyini bildirib.

"Sistem əvvəlcə yeni yaranmış borcları bağlayır, əvvəlki borclar isə açıq qalır və həmin məbləğlərə faiz hesablanır. Bu məsələdən xəbərdar olmayan müştəri karta kifayət qədər pul yüklədiyini və borcunu ödədiyini düşünə bilər, amma buna baxmayaraq, sonradan faizlə qarşılaşa bilər".

Paylaşımın ardından Kapital Bank məsələ ilə bağlı açıqlama verərək, müştəri ilə əməkdaş tərəfindən əlaqə saxlanıldığını və ona ətraflı məlumat təqdim edildiyini bildirib.

Bankdan qeyd edilib ki, Birbank taksit kartı üzrə ödənişlərin silinməsi konkret ardıcıllıqla həyata keçirilir.

"Birbank taksit kartı üzrə ödənişlərin silinmə ardıcıllığı aşağıdakı kimidir: cari ay üzrə ödənilməli borc; cari ay üzrə güzəşt müddətli borc; növbəti ay üzrə güzəşt müddətli borc; faiz borcu; faiz hesablanan əsas borc; növbəti aylar üzrə taksit borcu".

Bank həmçinin müştərilərin standart silinmə ardıcıllığından kənarlaşaraq istədikləri borcu ayrıca ödəyə biləcəyini açıqlayıb.

Kapital Bank əlavə olaraq bildirib ki, Alim Elyar İslamoğlunun təklifi də qeydə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı — 1
Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı — 2
XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər