FHN Astarada təlim keçirdi

FHN Astarada təlim keçirdi
05.06.2025 14:09 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunun Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib. 

TodayPress TV xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd su hövəzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub. 

Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Astara Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər. 

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişləri “xilas edərək” ilkin yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər. 

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

FOTOLAR

FHN Astarada təlim keçirdi — 1
FHN Astarada təlim keçirdi — 2
FHN Astarada təlim keçirdi — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər