Elvin Hüseynov: “Bütün düşərgələrdə iştirakçılar 5 ulduzlu otellərdə yerləşdirilir”

Elvin Hüseynov: “Bütün düşərgələrdə iştirakçılar 5 ulduzlu otellərdə yerləşdirilir”
08.12.2025 11:06 Cəmiyyət

“Sosial tərəfdaşlarımız olmasa, layihələrimizi həyata keçirməyimiz mümkün olmaz”.

TodayPress TV xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib. 

O, xərclərdən nümunələr göstərib:

“Məsələn, Londonda təşkil olunan yay məktəbinin iştirakçıları üçün təyyarə biletləri xaric ümumi xərci 70 min manat təşkil edir. Biletlər AZAL tərəfindən qarşılanır. Yay düşərgələrində iştirakçıların 7 həftə müddətində qalması da əlavə böyük xərc yaradır. Bütün düşərgələrdə iştirakçılar 5 ulduzlu otellərdə yerləşdirilir”.

E.Hüseynov “Məktəb ləvazimatları” layihəsinin ümumi smetasının 170 min manata yaxın olduğu açıqlayıb. O bildirib ki, tərəfdaşların dəstəyi olmadan bu layihələrin xərclərini qarşılamaq mümkün deyil:

“Həyata keçirilən proqramlar kommersiya məqsədi daşımır və sosial layihə olduğu üçün dəstək göstərən tərəfdaşların adlarının ictimaiyyətə təqdim olunması vacib hesab olunur”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər