Eldar Abbasov vəzifəsindən azad edildi

Eldar Abbasov vəzifəsindən azad edildi
08.12.2025 16:24 Cəmiyyət

Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov vəzifəsindən azad edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) 4 dekabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad olunub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər