“El Qayğısı” İctimai Birliyinə icraçı direktor təyin edildi

Cəmiyyət

09.12.2025 17:23

“El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyində İcraçı Direktorluq vəzifəsi təsis olunub.

TodayPress TV xəbər verir ki, “El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyinin İdarə Heyətinin 9 dekabr 2025-ci il tarixində növbəti iclası keçirilib. 

İclasın gündəliyinə təşkilati və cari məsələlər daxil edilib. 

Təşkilati məsələlərin müzakirəsinin yekunu olaraq, İctimai Birliyin sədri Elnur Quliyevin təqdimatı ilə Birliyin fəaliyyətinin yenidən təşkili və aktivləşdirilməsi məqsədilə İcraçı Direktorluk təsisatının yaradılması məsələsi müzakirə edilərək qəbul edilib. 

Toplantının gedişatında Elnur Quliyevin növbəti təqdimatı ilə İctimai Birliyə yeni üzv olmuş tanınmış ictimai xadim Tamilla Qulaminin təsis olunan İcraçı Direktorluğa namizədliyi irəli sürülüb. İrəli sürülən təklif yekdilliklə qəbul edilib. 

Toplantı zamanı qarşıda duran cari məsələlər müzakirə edildikdən sonra iclas başa çatıb.

TodayPress TV

tag: El qayğısı,Tamilla Qulami,Vəzifə,İclas,Todaypress.tv,