DİQQƏT: Metronun iş rejimi dəyişir
Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar Bakı metropoliteni QSC-də iş rejimi dəyişdiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".