Deputat: "Min manatdan az maaş alanlar vergidən azad edilsin"

Deputat: "Min manatdan az maaş alanlar vergidən azad edilsin"
21.11.2025 12:31 Cəmiyyət

"Azərbaycanda 1000 manatdan az maaş alanlar vergidən azad edilsin".

TodayPress TV xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, əhalinin sosial durumu həm də təhlükəsizlik məsələsidir:

"Bu gün ərzaqlar kəskin bahalaşır. Keyfiyyətli ət, yağ kasıb əhali üçün əlçatmaz olub. İnsanlar dolana bilməyəndə oğurluğa və digər cinayət yollarına əl atırlar. Növbəti ildən də vergi güzəştləri ləğv olunur. Təklif edirəm ki, 1000 manat əməkhaqqı alanlar üçün bütün növ vergilər ləğv olunsun. Çünki sosial durum getdikcə daha da ağırlaşır".

(Oxu.az)

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər