Daşınmaz əmlakla bağlı bu sənədlər tam elektron formata keçirilib

Daşınmaz əmlakla bağlı bu sənədlər tam elektron formata keçirilib
29.01.2026 11:31 Cəmiyyət

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 4 növ sənəd tamamilə elektron formata keçirilib”.  

TodayPress TV xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.     

Onun sözlərinə görə, elektronlaşdırılan sənədlər sırasında arxiv məlumatlarına dair “e-arayış”, arxiv sənədlərinin təsdiq edilmiş “e-surəti”, koordinatların naturada tanıdılması barədə “e-bildiriş” və dayandırma “e-bildirişi” yer alır. 

“Bu yeniliklər vətəndaşlar üçün xidmətlərin daha operativ və şəffaf şəkildə göstərilməsinə, həmçinin vaxt və resurs itkilərinin azaldılmasına xidmət edir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər