Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi ərazilərində işıq olmayacaq
09.12.2025 09:35 Cəmiyyət

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 9 dekabr tarixində 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq ikinci bölmədə təmir işləri aparılacaq.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Abşeron RETSİ ərazisinə daxil olan Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər