Bakıdan bölgələrə 14 minə yaxın sərnişin daşındı

Bakıdan bölgələrə 14 minə yaxın sərnişin daşındı
21.03.2026 14:51 Cəmiyyət

Martın 20-də Bakıdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb.

Bu barədə TodayPress TV-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

"Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur", - deyə AYNA bəyan edib

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər