Bakıda Qurban bayramı münasibətilə bayram namazı qılındı

Bakıda Qurban bayramı münasibətilə bayram namazı qılındı
06.06.2025 09:57 Cəmiyyət

İyunun 6-da paytaxtdakı “Əjdərbəy”, Təzəpir və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb. 

TodayPress xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər. 

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb. 

Ölkənin digər, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınıb. 

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 6-7-də qeyd olunur.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər