Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
26.11.2025 10:22 Cəmiyyət

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə TodayPress TV-yə ADY-dən bildirilib.

Qeyd edilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər