Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir
05.06.2025 17:02 Cəmiyyət

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Özbəkistanın Kadastr Agentliyində görüşlər keçiriblər. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb. 

Məlumata görə, məqsəd kadastr və daşınmaz əmlakın qeydiyyatı sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. 

Nümayəndə heyəti Agentliyin fəaliyyəti, informasiya sistemləri, xüsusilə Torpaq Nəzarəti İnformasiya Sistemi ilə tanış olublar.

Özbəkistanlı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri və müasir texnologiyaların tətbiqi istiqamətlərində təqdimatlar edilib. 

Görüşdə ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat verilib. 

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Kadastr Agentliyinin Dövlət Kadastr Palatasının fəaliyyəti ilə tanış olublar.

Daşınmaz əmlakın qeydiyyatı prosesləri, kadastr xidmətlərinin göstərilməsi, onların hüquqi-texniki əsasları, müasir texnologiyalar əsasında təşkil olunmuş iş sistemi barədə ətraflı məlumat verilib. 

Səfər zamanı ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.

FOTOLAR

Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir — 1
Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir — 2
Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər