8 yaşlı Xızır göstərdiyi cəsarət ilə milyonlarla insanın qəlbində böyük bir qəhrəmana çevrildi

8 yaşlı Xızır göstərdiyi cəsarət ilə milyonlarla insanın qəlbində böyük bir qəhrəmana çevrildi
23.06.2026 09:36 Cəmiyyət

Bu gün Xızırın doğum günü idi. O, səkkiz yaşını qeyd etməli idi. Amma tale çox ağır bir xəbər gətirdi. Səkkiz günlük axtarışlardan sonra onun cansız bədəni tapıldı.

Xızır yaşca balaca idi, amma göstərdiyi cəsarət və insanlıq nümunəsi ilə milyonlarla insanın qəlbində böyük bir qəhrəmana çevrildi. O, bir insanın həyatını xilas etmək üçün tərəddüd etmədən özünü təhlükəyə atdı və bu hərəkəti ilə insanlığın nə qədər uca bir dəyər olduğunu hamıya göstərdi.

Qeyd edək ki, Rusiyanın İnquşetiya Respublikasında bədbəxt hadisə nəticəsində səkkiz yaşlı Xızıra Derbiçev 15 iyun 2026-cı ildə İnquşetiyanın Karabulak şəhərində itkin düşüb.

Belə ki, oğlan boğulan dostunu xilas etmək üçün Sunja çayına tullanıb. Ətrafdakı uşaqlar ona böyükləri köməyə çağırmağı təklif etsələr də, Xızırın "Biz kişiyik, özümüz xilas edərik" dediyi bildirilir.

Bundan sonra o, tərəddüd etmədən suya atılıb. Məlumata görə, Xızır dostunu xilas etməyə müvəffəq olsa da, güclü axın onu aparıb. 

Onun bu davranışı isə sosial mediada diqqət çəkib.

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər