“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri

Cəmiyyət

20.11.2025 18:27

Ərzaq bazarlarında yenidənqurma işləri görülməli, antisanitar vəziyyət aradan qaldırılmalıdır. Bakı şəhəri, Nizami rayonu, "8-ci km" bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.

TodayPress TV xəbər verir ki, azarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə, müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur. 

Yaranmış vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Fermerin əməyindən sui-istifadəyə yol verilməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır. 

Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdarlıq edir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyekləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması, satışı təmin olunmalıdır. 

“8-ci km” bazarında mövcud vəziyyəti əks etdirən videoçarx: 

https://www.youtube.com/watch?v=GqDKigZ3YIo&feature=youtu.be

TodayPress TV

tag: AQTA,Monitorinq,Pozuntu,Qərar,Todaypress.tv,

photo
photo
photo
photo
photo