21 dərəcə isti olacaq - SABAHIN HAVASI
Cəmiyyət
20.11.2025 12:30
Azərbaycanda noyabrın 21-də havanın 21 dərəcə isti olacağı gözlənilir.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.
tag: Hava,Dərəcə,Yağmursuz,Temperatur,Todaypress.tv,
