186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
Cəmiyyət
29.01.2026 11:10
“2025-ci il ərzində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində ümumilikdə 364 136 əməliyyat həyata keçirilib”.
TodayPress TV xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun əsas hissəsini torpaq sahələri və mənzillərlə bağlı qeydiyyatlar təşkil edib.
“Hesabat dövründə 186 595 torpaq sahəsi, 92 888 mənzil, 71 688 fərdi yaşayış və bağ evi, 12 122 qeyri-yaşayış obyekti, 112 çoxmərtəbəli yaşayış binası və 728 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınıb. Görülən işlər daşınmaz əmlakın qeydiyyatı sistemində rəqəmsallaşmanın genişləndirilməsi və xidmət keyfiyyətinin artırılmasına xidmət edir”, - deyə o əlavə edib.
Qiymət Mahir
tag: Nigar Alimova,Tədbir,Konfrans,Çıxış,Todaypress.tv,
