TDT Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi

TDT Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi
07.11.2025 18:57 Xarici siyasət

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın “X” hesabında qeyd olunub.

“8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu fəxrlə yad edirik”, - TDT-nin təbrik mesajında bildirilib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər