Şəhər böhranları bir-biri ilə daha da bağlı hala gəlir
“Münaqişə, iqlim dəyişikliyi, bərabərsizlik və iqtisadi qeyri-sabitlik şəhərlər vasitəsilə bir-birini gücləndirir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi, Birliyin 6-cı Baş katibi Patrisiya Skotland deyib.
O bildirib ki, şəhər böhranları artıq ayrı-ayrı problemlər deyil və onlar bir-biri ilə dərindən əlaqəlidir:
“Münaqişə, iqlim dəyişikliyi, bərabərsizlik, köçkünlük və iqtisadi qeyri-sabitlik şəhərlər və mənzil sistemləri vasitəsilə getdikcə bir-birini daha da gücləndirir”.
O, Ümumdünya Şəhərsalma Forumunun iştirakçılarını şəhər yoxsulluğu ilə mübarizə istiqamətində daha hədəfli, faktlara əsaslanan və yerli şəraitə uyğun tədbirlərin görülməsinə çağırıb.
“Bizim biliklərimiz, imkanlarımız və öhdəliyimiz var. Əgər istəsək, hər bir insanın yaşamağa dəyər evə sahib olması üçün lazım olan fərqi yarada bilərik”, – deyə Patrisiya Skotland əlavə edib.
Qiymət Mahir