Tramp Məhəmməd adı ilə zarafat etdi

Tramp Məhəmməd adı ilə zarafat etdi
17.10.2026 16:00 Dünya

ABŞ Prezidenti Donald Tramp müsəlman cəmiyyətlərində geniş yayılmış Məhəmməd adı ilə bağlı zarafat edib.

TodayPress TV modern.az-a istinadla xəbər verir ki, Tramp oktyabrın 16-da Corciya ştatının Dalton şəhərində keçirilən seçki mitinqində Yaxın Şərqdən olan şəxsin adını bilmədikdə ona “Məhəmməd” deyə müraciət etməyin mümkünlüyünü söyləyib.

“Yaxın Şərqdən olan birinin adından əmin deyilsinizsə, sadəcə, "Məhəmməd" deyin. Düz tapmaq ehtimalınız təxminən 65 faizdir. "Salam, Məhəmməd". Mən bunu illərdir edirəm və indiyədək heç vaxt yanılmamışam”, – deyə Tramp bildirib.

"Röyters" agentliyinin məlumatına görə, Trampın bu zarafatı mitinq iştirakçıları tərəfindən ciddi reaksiya ilə qarşılanmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər