Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22.02.2026 11:06 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanı təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrik məlumatında yazılıb:

“Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qardaş ölkənizin “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlarda istismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizi və qardaş xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər