Əfsanələrlə bir sırada: Joze Mourinyo növbəti möhtəşəm rekorda şərik oldu!

Əfsanələrlə bir sırada: Joze Mourinyo növbəti möhtəşəm rekorda şərik oldu!
15.10.2026 11:00 İdman

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqası matçlarında qazandığı qələbələrin sayına görə fransalı mütəxəssis Arsen Venqer ilə bərabərləşib.

TodayPress TV xəbər verir ki, bu tarixi nəticə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Real”ın səfərdə İtaliyanın “Roma” klubunu 4:3 hesabı ilə məğlub etməsindən sonra reallaşıb. 

Bu qələbə portuqaliyalı mütəxəssis üçün nüfuzlu avrokubok turnirində karyerasındakı 86-cı zəfər olub. Londonun “Arsenal” klubunun sabiq çalışdırıcısı Arsen Venqerin də hesabında eyni sayda - 86 qələbə var idi.

Çempionlar Liqasında ən çox oyun qazanan baş məşqçilər:

1. Karlo Ançelotti (İtaliya) - 124 qələbə

2. Xosep Qvardiola (İspaniya) - 117 qələbə

3. Aleks Ferqyuson (Şotlandiya) - 102 qələbə

4. Joze Mourinyo (Portuqaliya) və Arsen Venqer (Fransa) - hərəyə 86 qələbə

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər