Mask Zelenskini istefaya çağırdı

Mask Zelenskini istefaya çağırdı
15.10.2026 10:46 Dünya

Amerikalı milyarder və sahibkar İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini istefaya çağırıb.

TodayPress TV xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına münasibət bildirərkən yazıb.

“Beləliklə, qan tökülməsi davam edir... Zelenskinin getmək vaxtıdır”, – deyə milyarder qeyd edib.

Maskın şərh yazdığı paylaşımda Zelenskinin Ukraynada müharibənin başa çatmasından və prezident seçkilərinin keçirilməsindən ehtiyat etdiyi iddia olunub.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyətlə əlaqədar prezident seçkiləri təxirə salınıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər