Prezident Davosda İsxak Hersoq ilə görüşdü
Xarici siyasət
21.01.2026 13:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.
TodayPress TV xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.
Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulandı. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.
Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.
tag: Prezident,İlham Əliyev,İsxak Hersoq,Görüş,Todaypress.tv,
