Prezident Azərbaycanla Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunu təsdiq etdi

Prezident Azərbaycanla Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunu təsdiq etdi
24.11.2025 17:42 Xarici siyasət

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu” təsdiq edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən,1-ci hissədə göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, memorandum bu ilin oktyabrın 3-də Ankarada imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər