Nadejda Neynski Ceyhun Bayramova zəng etdi

Nadejda Neynski Ceyhun Bayramova zəng etdi
08.03.2026 17:23 Xarici siyasət

Bolqarıstan Respublikasının xarici işlər naziri Nadejda Neynski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

TodayPress TV xəbər verir ki, nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.

Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər