İrandan Azərbaycana ümumilikdə 1 899 nəfər təxliyə olundu

Xarici siyasət

08.03.2026 20:45

Fevralın 28-i saat 8:00-dan martın 8-i saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 1 899 nəfər təxliyə olunub.

TodayPress TV xəbər verir ki, təxliyə olunanların 314 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda 538 Çin, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 8 Qazaxıstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 6 Kanada, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstriya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Macarıstan, 4 Belçika, 4 Küveyt, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Rumıniya, 3 Xorvatiya, 4 Banqladeş, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, 1 Polşa, 1 Tunis, 1 Cənubi Afrika Respublikası, 1 Maldiv adaları, 1 Myanma, 1 Kuba, habelə İsveç, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və ABŞ-dən hər biri 1 nəfər olmaqla xarici vətəndaş Azərbaycana təxliyə olunub.

Qeyd edək ki, onların arasında diplomatik nümayəndəliklərin əməkdaşları da var.

TodayPress TV

tag: İran,Azərbaycan,Təxliyə,Müharibə,TodayPress TV,