Hikmət Hacıyev Vahid Cəlalzadə ilə regional məsələləri müzakirə etdi
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
TodayPress TV xəbər verir ki, görüş Vahid Cəlalzadə Bakıya səfəri çərçivəsində baş tutub.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.