Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşdü

Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşdü
26.11.2025 21:30 Xarici siyasət

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzinin "X"dəki hesabında bildirilib.

"Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumuna qatılan Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib", - Mərkəzin paylaşımında qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər