Türkiyə şirkətləri Ermənistana nə üçün girir?
Ermənistan Ani körpüsünün bərpası layihəsi çərçivəsində Türkiyədə keçiriləcək tenderin qalibi olacaq şirkətlə müqavilə imzalamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
O, layihənin icra prosedurlarını sadələşdirmək məqsədilə tenderin Türkiyə tərəfi tərəfindən keçirilməsi qərarının alındığını deyib.
Tenderin nəticələrinə əsasən seçiləcək şirkətlə Ermənistan tərəfi müqavilə bağlayacaq.
Paşinyanın sözlərinə görə, zəruri prosedurlar yaxın vaxtlarda başa çatdırılacaq və bundan sonra tarixi körpüdə bərpa işlərinə başlanacaq.
Baş nazir əlavə edib ki, Ani körpüsünün təmirinin Ermənistan və Türkiyənin birgə layihəsi kimi həyata keçirilməsi barədə tərəflər arasında əvvəlcədən razılıq əldə olunub.
Jalə Rövşən