İran səfiri: İrəvanın Göy Məscidi erməni-İran məscidi olub və belə də qalacaq
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami İrəvandakı Göy Məscidin Ermənistan-İran birgə mədəni irsinin nümunəsi olduğunu iddia edib.
TodayPress TV Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, səfir bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Şirqulami məscidin memarlığında İran üslubunun üstünlük təşkil etdiyini bildirib. O, binanın firuzəyi kaşılarını və memarlıq xüsusiyyətlərini İran memarlıq ənənələrinin göstəricisi kimi təqdim edib.
“İrəvanın Göy Məscidi Ermənistan-İran məscidi olub və belə də qalacaq”, - deyə səfir iddia edib.
Xatırladaq ki, Göy Məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti zamanı inşa edilib. Tarixi mənbələrdə məscidin tikintisi İrəvan xanı Hüseynəli xanın adı ilə əlaqələndirilir. İrəvan xanlığı isə Azərbaycan xanlıqlarından biri olub.
Jalə Rövşən