Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı problem yoxdur"

Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı problem yoxdur"
02.09.2025 16:34 Xarici siyasət

Cənubi Qafqazın çoxdan həsrətində olduğu sülhə qovuşacağına inanıram. Azərbaycan Prezidenti İlham Əliyevlə apardığım ikitərəfli görüşdə bu ümidi onlarda da gördüm. Ağ Evdə atılan imzalar Ermənistan-Azərbaycan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan ilə Ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə aradan qaldırıblar və son nöqtəyə qədər gəliblər.

TodayPress TV xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən dönüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev və ardınca Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşləri zamanı bu mövzunu ətraflı müzakirə etdiklərini bildirən Prezident Ərdoğan deyib: “Hər iki görüşdə, istər Əliyevin, istərsə də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə hədəfləniblər. Zəngəzur dəhlizi məsələsində də hansısa bir problem, fərqlilik yoxdur. Prezident İlham Əliyev bu mövzuda özünə daha əmindir. Xüsusilə ABŞ səfəri zamanı baş tutan üçtərəfli görüş atacaqları addımlar baxımından demək olar ki, həlledici olub. Sülhün təmin olunması bölgəmiz üçün çox önəmlidir. Bu halda quru və dəmir yolu nəqliyyatı canlanacaq, sərhəd qapıları açılacaq. Nəticədə isə, ticarət başda olmaqla bir çox sahəyə müsbət təsir edəcək. Bu prosesdən bizim də müsbət şəkildə təsirlənməyimiz mümkündür. Yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bölgə ölkələri bundan qazanc əldə edəcək. Bunlar çox aydın və açıq şəkildə ortadadır. Qarşıdakı dövrdə Rusiya və İran da narahatlıqlarının əsassız olduğunu anlayacaqlar”.

XƏBƏR LENTİ
02 IYUN 2026
"Qərb gec-tez bunu başa düşəcək" – Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Bütün Xəbərlər