Ceyhun Bayramov Romada İtaliya rəsmiləri ilə şam yeməyinə qatıldı

Ceyhun Bayramov Romada İtaliya rəsmiləri ilə şam yeməyinə qatıldı
27.11.2025 10:13 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Romada Azərbaycan Mədəniyyət Mərkəzində İtaliya Respublikasının yüksək vəzifəli rəsmiləri ilə səmimi və məhsuldar işgüzar şam yeməyinə qatılıb.

Bu barədə TodayPress TV-yə XİN-dən məlumat verilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan–İtaliya strateji tərəfdaşlığının ardıcıl genişlənməsi, xüsusilə siyasi dialoq, enerji əməkdaşlığı, ticarət, nəqliyyat əlaqələri, mədəniyyət və təhsil sahələri müzakirə olunub.

Hər iki tərəf bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə və ölkələrimiz arasındakı uzunmüddətli dostluğun daha da möhkəmləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

TodayPress TV

FOTOLAR

Ceyhun Bayramov Romada İtaliya rəsmiləri ilə şam yeməyinə qatıldı — 1
Ceyhun Bayramov Romada İtaliya rəsmiləri ilə şam yeməyinə qatıldı — 2
Ceyhun Bayramov Romada İtaliya rəsmiləri ilə şam yeməyinə qatıldı — 3
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər