Ceyhun Bayramov Roma Papası XIV Leo ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə XİN başçısı "X" hesabında yazıb.
O bildirib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur:
"Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır".