Azərbaycanın Mərakeşdəki səfiri Samirə Əl Malizi ilə görüşdü

Azərbaycanın Mərakeşdəki səfiri Samirə Əl Malizi ilə görüşdü
03.09.2025 21:15 Xarici siyasət

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla Mərakeş Milli Kitabxanasının direktoru Samirə Əl Malizi arasında görüş keçirilib.

Bu barədə Səfirlikdən TodayPress TV-yə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığın artmaqda olduğu məmnuniyyətlə qeyd olunub, hər iki ölkədə keçirilən mədəni tədbirlərdə qarşılıqlı iştirakın təqdirəlayiq olduğuna və bunun daha da təşviq edilməsinin vacibliyinə xüsusi vurğu edilib.

Bu kontekstdə Mərakeş Milli Kitabxanasının direktoru S.Əl Malizinin Azərbaycan tərəfinin dəvətini qəbul edərək cari ilin 1-7 oktyabr tarixlərində Bakıda keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab sərgisində iştirak məqsədilə ölkəmizə səfərinə görə qarşı tərəfə təşəkkür bildirib. Bu səfərin iki ölkənin mədəniyyət müəssisələri arasında təmaslar və birgə əməkdaşlığa töhvə verəcəyinə ümid ifadə edilib.

S.Əl Malizi, öz növbəsində, Azərbaycana səfər edəcəyindən məmnun olduğunu, Mərakeş tərəfindən bu ölkənin zəngin mədəniyyətini əks etdirən kitabların  və əlyazmaların Azərbaycan Milli Kitabxanasına təqdim ediləcəyini bildirib. O, həmçinin, növbəti Rabat Beynəlxalq Kitab Sərgisində Azərbaycandan nümayəndə heyətinin iştirakını gözlədiklərini əlavə edib. Mərakeş Milli Kitabxanasının rəhbəri həmçinin kitabxanada Azərbaycanla bağlı mövcud olan müxtəlif kitablardan ibarət kolleksiyanın sayının artırılması məqsədilə yeni kitabların Kitabxanaya hədiyyə edilməsini təşviq etməyə hazır olduqlarını da ifadə edib.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər