Azərbaycan XİN Honq-Konqdakı yanğınla bağlı Çinə başsağlığı verdi

Azərbaycan XİN Honq-Konqdakı yanğınla bağlı Çinə başsağlığı verdi
27.11.2025 17:48 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğınla bağlı Çinə başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

"Çoxlu sayda insanın ölümünə və yanıq xəsarətləri almalarına səbəb olan faciəvi yanğın bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı bildirir, xəsarət alanlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz Honq-Konq əhalisi ilədir",- məlumatda qeyd olunub.

Qeyd edək ki, yaşayış kompleksində baş verən yanğın səbəbindən 65 nəfər həyatını itirib, 3 nəfər isə saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər