Azərbaycan Məşvərət Görüşünə ev sahibliyi edəcək

Azərbaycan Məşvərət Görüşünə ev sahibliyi edəcək
08.10.2026 11:22 Xarici siyasət

Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşünə ilk dəfə sədrlik etməsi birgə fəaliyyətimizə yeni təkan verəcək.

TodayPress TV Apa-ya istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin 2027-ci ildə Məşvərət Görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik edib.

“Əminəm ki, Azərbaycanın sədrliyi birgə fəaliyyətimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə lazımi dəstəyi göstərməyə hazırdır”, – Sadır Japarov vurğulayıb.

TodayPress TV

 

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər