1945-ci ildən sonra ilk dəfə: Alman tankları Rusiyaya doğru irəliləyir
Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə xarici ölkədə daimi tank briqadası yerləşdirir. Bundesverin 45-ci zirehli briqadası Litvada NATO-nun şərq cinahının müdafiəsində iştirak edir.
TodayPress TV xəbər verir ki, bu barədə "BedouinReport" məlumat yayıb.
Məlumata görə, Almaniyanın Litvada yerləşdirdiyi hərbi qüvvələrin ümumi sayının təxminən 5 min nəfərə çatdırılması planlaşdırılır. Briqadanın tərkibində tank və mexanikləşdirilmiş piyada bölmələri, eləcə də digər hərbi texnika olacaq.
Almaniyanın 10-cu tank diviziyasına tabe olan 45-ci zirehli briqadanın Litvada tam döyüş hazırlığına 2027-ci ilin sonunadək çatması nəzərdə tutulur.
Alman hərbçilərinin və hərbi texnikasının Polşa ərazisindən keçərək Litvaya hərəkəti NATO-nun şərq cinahında hərbi mobilliyin artırılması məqsədi daşıyır.
Türkan İsgəndərli