Anaklaudia Rossbax: Mədəni irs gələcəyin şəhərlərinin qurulmasında nəzərə alınmalıdır
Xarici siyasət
20.05.2026 14:18
“Gələcəyin şəhərləri planlaşdırılarkən yalnız infrastruktur deyil, mədəniyyət və tarixi irs də əsas prioritetlərdən biri olmalıdır”.
TodayPress TV xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada deyib.
O bildirib ki, tarixi və mədəni irsin qorunması bütün cəmiyyətin məsuliyyətidir:
“Bunlar qoruyub saxlamalı olduğumuz irslərdir və bizim onları qorumaq öhdəliyimiz var. Şəhərlərlə bağlı müzakirələr zamanı əsas diqqət adətən infrastruktur, sanitariya, nəqliyyat və hərəkətlilik sistemlərinə yönəlir. Bu sahələrdə böyük çatışmazlıqlar və doldurulmalı boşluqlar var. Lakin çox vaxt mədəniyyət və irs mövzuları diqqətdən kənarda qalır”.
“UN-Habitat” rəhbəri vurğulayıb ki, gələcəyin şəhərlərindən danışarkən keçmişə də nəzər salmaq vacibdir:
“Mənzil və tikinti materiallarından danışarkən mədəni kontekstə baxmalı və nə baş verdiyini anlamalıyıq. Mənzil siyasəti, davamlı şəhərlər, mədəniyyət və irs arasında güclü əlaqə mövcuddur və bu məsələlərə daha çox diqqət ayrılmalıdır”.
Qiymət Mahir
tag: Anaklaudia Rossbax,WUF13,Mərasim,Çıxış,Todaypress.tv,
