Almaniya XİN rəhbəri İranın hücumlarını qətiyyətlə pislədi

Xarici siyasət

09.03.2026 15:07

Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

Almaniya naziri İranın Azərbaycan qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, bu ölkə ilə həmrəy olduğunu bildirib.

Almaniyalı nazir ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yohan David Vadeful,İran,Hücum,Todaypress.tv,