Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pislədi

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pislədi
08.03.2026 18:30 Xarici siyasət

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib və Azərbaycana həmrəylik ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner "X" platformasında Almaniya XİN adından paylaşım edib.

“İranın Naxçıvana dron hücumlarını ən sərt şəkildə pisləyir, Azərbaycanla və hadisədən zərər çəkənlərlə tam həmrəy olduğumuzu bildiririk. Vəziyyəti və sonrakı prosesləri yaxından izləməkdə davam edirik”, - deyə qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər