Aİ-nin yeni səfiri Azərbaycana gəldi

Aİ-nin yeni səfiri Azərbaycana gəldi
02.09.2025 16:38 Xarici siyasət

Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Marijana Kujundjiç Azərbaycana gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Avropa ittifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib. 

Bildirilib ki, bu təyinatdan öncə Marijana Kujundjiç Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olaraq çalışıb. O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər