“Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu

“Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu
24.07.2026 17:20 UEFA

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Zirə” - “Payde” görüşünün hakim təyinatları məlum olub.

TodayPress TV xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan Dario Bel idarə edəcək.

Ona həmyerliləri İvan Yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” - “Payde” cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. İlk oyunda Estoniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər