Yarımfinal həyəcanı: Kroos şansları dəyərləndirdi

UEFA

21.04.2026 15:25

“Real Madrid” klubunun keçmiş yarımmüdafiəçisi və Almaniya millisinin sabiq üzvü Toni Kroos UEFA Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə “Pari Sen-Jermen” arasındakı qarşılaşmanı dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb. 

Kroos bildirib ki, bu cütlükdə şanslar demək olar bərabərdir:

“Düşünürəm ki, “Bavariya” müdafiədə “Real”a qarşı oynadığı kimi risk etməməlidir. PSJ bu cür boşluqlardan daha effektiv yararlana bilər. Əgər bəzi düzəlişlər etsələr, “Bavariya”nın şansları yaxşı olacaq. Mənim üçün bu, bərabər səviyyəli qarşılaşmadır. Hazırkı formaya baxsaq, hər iki komanda turnirin ən güclülərindəndir”.

Qeyd edək ki, ilk yarımfinal oyunu aprelin 28-də Parisdə keçiriləcək. “Bavariya” 1/4 finalda “Real Madrid”i, “Pari Sen-Jermen” isə “Liverpul”u mübarizədən kənarlaşdırıb.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Toni Kroos,UEFA,Bavariya,Pari Sen-Jermen,