Unai Emeri yenidən Avropada final sevinci yaşayır!
UEFA
08.05.2026 11:04
“Aston Villa”nın baş məşqçisi Unai Emeri komandasının UEFA Avropa Liqasının finalına yüksəlməsini şərh edib.
TodayPress TV xəbər verir ki, İngiltərə təmsilçisi yarımfinalın cavab oyununda “Nottingem Forest”i 4:0 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən finala vəsiqə qazanıb.
Matçdan sonra danışan Unai Emeri bu günü xüsusi adlandırıb.
İspaniyalı mütəxəssis azarkeşlərin yaratdığı atmosferin komandaya böyük enerji verdiyini bildirib.
Onun sözlərinə görə, futbolçular meydanda fantastik reaksiya göstəriblər.
Emeri qeyd edib ki, ilk oyundan sonra komanda bəzi çatışmazlıqları aradan qaldırmaq üçün ciddi işləyib.
Baş məşqçi xüsusilə ikili mübarizələrdə və hücumların effektivliyində inkişaf etdiklərini vurğulayıb.
Unai Emeri İstanbulda final oynamağın xüsusi hiss olduğunu deyib. O bildirib ki, komanda finala yüksəlmə yolu ilə fəxr edə bilər.
Təcrübəli çalışdırıcı finala qədər olan prosesi və hazırlıq mərhələsini də xüsusi zövq kimi qiymətləndirib.
Emeri finaldakı rəqib “Frayburq”a hörmətlə yanaşdıqlarını da əlavə edib.
Qeyd edək ki, ilk oyunda “Nottingem Forest” 1:0 hesablı qələbə qazanmışdı.
Namiq HUN
tag: Aston Villa,Unai Emer,UEFA,Nottingem Forest,Todaypress.tv,
