UEFA prezidenti: “Oyunçuları günahlandırmaq olmaz!”

UEFA

02.04.2026 16:20

UEFA prezidenti Aleksander Çeferin İtaliya millisinin DÇ-2026-ya vəsiqə qazana bilməməsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Çeferin nəticənin müəyyən mənada gözlənilməz olduğunu desə də, rəqibin güclü və gənc heyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, oyun Bosniyada keçirildiyi üçün İtaliya üzərində ciddi təzyiq olub və rəqib qələbəyə layiq çıxış edib.

UEFA prezidenti bildirib ki, belə hallarda nə futbolçuları, nə də məşqçiləri günahlandırmaq düzgün deyil:

“Qələbə qazansanız, oyunçular və məşqçi qəhrəman olur. Məğlub olsanız, məsuliyyət rəhbərliklə bölüşülür. Mən nə futbolçuları, nə də məşqçiləri ittiham edərdim”.

Çeferin əlavə edib ki, İtaliyada futbol infrastrukturunun zəifliyi də bu cür nəticələrə təsir edən əsas amillərdən biri ola bilər.

Xatırladaq ki, İtaliya yığma komandası pley-off mərhələsinin finalında Bosniya və Herseqovina millisinə (1:1, penaltilər – 1:4) məğlub olaraq mundialdan kənarda qalıb.

Namiq HUN

TodayPress TV

tag: UEFA ,Aleksander Çeferin,DÇ-2026,İtaliya ,Todaypress.tv,