UEFA Kamal Umudluya vacib oyunları həvalə etdi
FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
TodayPress TV xəbər verir ki, o, U-19 milliləri arasında Avropa çempionatının seçmə mərhələsinin üç oyununda ədaləti qoruyacaq.
K.Umudlu A qrupunda keçiriləcək İsveç – Sloveniya və Belçika – İsveç qarşılaşmalarında baş hakim kimi çıxış edəcək. O, Belçika – Sloveniya matçında isə ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Digər FIFA referisi Vüsal Məmmədov isə hər üç görüşdə baş hakimin köməkçisi olacaq.
Namiq HUN